ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü elan edib: İİR İraqa hərbi qüvvə göndərməyib.
İRNA məlumat verib: Con Korbi həmçinin söyləyib: ABŞ, İranın neçə hərbi ekspertinin İraq hökumətinə məsləhətləşmələrdə yardım barədə məlumatlıdır.
Pentaqonun sözçüsü elan edib: ABŞ və İranın hərbi əməkdaşlığı üçün heç bir müzakirə həyata keçirilməyib.
Korbi söyləyib: Nüvə müzakirələri ilə yanaşı İraq barəsində qısaca danışıq həyata keçirmək mümkün olmuşsa da İran rəsmiləri ilə İraq barədə birbaşa müzakirə aparmamışıq.
Cümə günü BMT-nin baş katibi Ban Ki Moon bəzi ölkələr o cümlədən İİR-nin əməkdaşlıq etməsinə işarə edərək ümidvarlıq bildirib ki , bucür regional və beynəlxalq yardımlar nəticəsində İraq sabitlik üzü görəcək.