
İran İslam Respublikasının xarici işlər naziri bu gün Tehranda suriyalı həmkarı ilə müştərək mətbuat konfransında deyib: Əcnəbilər Suriya xalqının yerinə qərar qəbul emək səlahiyyətinə malik deyillər.
İranın xarici işlər naziri Əli Əkbər Salehi Suriyanın hazırkı böhranına və bu ölkədə qırğınların davam etməsinə işarə edərək, deyib: Bəzi ölkələrin Suriyadakı xarici terrorçuları himayə etmələri və onlara silah və maliyyə yardımları göstərmələri Suriyada qırğınların davam etməsinin başlıca səbəbidir.
Əli Əkbər Salehi Qərbin təhlükəsizlik orqanlarının dəfələrlə Suriyada döyüşən xaricdən gətirilmiş terrorçuları silahlandırmaları ilə bağlı həqiqətləri etiraf etmələrinə toxunaraq, vurğulayıb: İran İslam Respublikası dəfələrlə elan etdiyi kimi Suriya böhranının hərbi həll yoluna malik olmadığına inanır. azeri.sahartv.irməlumat verir ki, İranın xarici işlər naziri Suriya böhranı üçün yeganə həll yolunu bu ölkə hökuməti ilə müxaliflər arasında dialoq adlandırıb və deyib: Əgər Suriyada savaşan silahlı qruplaşmalar və terrorçuların silahlandırılması və maliyyələşdirilməsinə son verilərsə, ölkədə vəziyyət sürətlə sabitlik və təhlükəsizliyə doğru yaxşılaşmış olacaq.Ə.Salehi muzdlu qiyamçılarla mübarizəni Suriya hökumətinin qanuni və təbii haqqı hesab edib və deyib: Terrorçular və quldurların ölkədən qovulması Suriya xalqı və hökumətinin iradəsidir.
İranın xarici işlər naziri Suriyada sabitlik və təhlükəsizliyin bərqərar edilməsini Tehranın başlıca istəyi adlandırıb və deyib: İran və Suriya xalqları arasında dərin və qədim dostluq münasibətləri mövcuddur və İran xalqı heç vaxt Səddam rejiminin İrana qarşı 8 illik müharibəsi dönəmində Suriya xalqı və hökumətinin himayələrini unutmayacaq.
Ə.Salehi həmçinin, Suriya hökumətinin də bütün hökumətlər kimi öz xalqının tələblərini yerinə yetirməli olduğunu bildirərək, ümidvarlıq edib ki, beynəlxalq qurumlar təzadlı mövqelər sərgiləməkdən çəkinərək, Suriyada qırğınlara son qoysunlar.
Suriyanın xarici işlər naziri Vəlid Müəllim də bu mətbuat konfransında Suriya prezidenti Bəşşar Əsədin 6 Yanvar 2013-cü il tarixində böhrana son qoymaq məqsədilə açıqladığı plana işarə edərək, deyib: Suriya hökuməti bu həll yolunu təsdiq edib və bunun ardınca Suriya baş nazirinin başçılığı ilə bir nəzarət komitəsi yaradılıb ki, indiyə kimi ölkədəki siyasi partiyalar və müxalifət liderləri ilə 22 dəfə görüş təşkil edib.
Vəlid Müəllim əlavə edib: ABŞ da Suriyada terrorçuları və silahlı qiyamçıları himayə edən və silahlandıran tərəf olaraq, əgər istəsə Suriyada qırğınları dayandıra bilər.
Vəlid Müəllim bu gün şənbə Tehrana daxil olub. Səfərin məqsədi ikitərəfli əlaqələr habelə, regional və beynəlxalq məsələlər haqda İran rəsmiləri ilə müzakirələrin aparılması elan edilib.