AsyaDünyaİranXƏBƏRLƏR

İran İslam Respublikası prezidentinin novruz müraciəti

İran İslam Respublikası prezidenti təzyiq və sanksiya şəraitində İran dövlətinin xarici siyasətinin nailiyyətlərini müsbət və uğurlu hesab edib.

İran prezidenti- Həsən Ruhani 1393-cü günəş ilinin novruz müraciətində yeni il münasibəti ilə bütün İran xalqını təbrik edib, İran dövlətinin ötən ildəki fəaliyyət və nailiyyətlərini açıqlayaraq, deyib: Cəmiyyətdə mədəniyyət inkişafı atmosferinin yaradılması və islami və iranlı mahiyyətin qorunması çərçivəsində hamının həmrəy olması zəruridir.
Ruhani əlavə edib: Ötən il xarici siyasət sahəsində son dərəcə mühüm addım atıldı və İran dövləti haqsız surətdə İran xalqına qarşı tətbiq olunmuş sanksiya və nüvə məsələsi barədə birinci uğurlu addımda hərçənd qısamüddətli razılığa çatmağa, amma əslində sanksiyaların genişlənməkdə olan prosesini dayandıra bildi.
Ruhani söyləyib: İran yeni ildə də İranın nüvə məsələsinin həllində öz yolunu davam etdirəcək və ümid edilir ki, iki tərəf bu sahədə yekun razılığa çata biləcək.
İran prezidenti bu gün İran xalqının real simasının dünya xalqlarına daha artıq aydın olduğu və İran xalqının səsinin dünyada daha yaxşı eşidildiyini bildirərək, əlavə edib: Keçən il böyük və əzəmətli qəhrəmanlıqlar, o cümlədən uğurlu seçkilər və siyasi gediş-gəlişlərlə yanaşı oldu ki, tarix heç vaxt onu unutmayacaq.
Ruhani deyib: İranın bu dövlətinin fəaliyyətindən keçən yeddi ayda İran xalqının dəstəyi ilə böyük addımlar atıldı ki, onların ən mühümü, dinclik atmosferinin yaradılması, həmrəylik, yüksək əhval-ruhiyyə və İranın inkişafı və başucalığı üçün daha artıq hərəkətdir.
İran prezidenti İran dövlətinin yeni ildə inflyasiyanın azaldılması üçün daha ciddi addımlar atacağını bildirərək, deyib: İqtisadi sahədə İran dövləti ekspertlərin köməyi ilə inflyasiyanın sürətini aradan qaldıra bildi.
Ruhani durğunluqla mübarizə və iqtisadi rövnəqin başlanmasını İran dövlətinin ən mühüm prioritetlərindən adlandıraraq, söyləyib: 93-cü il İranda iqtisadi rövnəq və sənaye və kənd təsərrüfatının çiçəklənməsi ili olacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu