İran İslam Respublikası dəniz qoşunları komandanı bildirib ki, bu qoşunlar Xəzəryanı bəzi ölkələrin əcnəbilərlə əlaqələri və koordinasiyalarından xəbərsiz deyillər.
Kontr-admiral Səyyari mətbuat konfransında Xəzər dənizi kənarında Noşhərdə İran İslam Respublikası dəniz qoşunlarının növbəti konfransının proqramlarını açıqlayaraq Beynəlxalq Səhər telekanalı müxbirinin sionist rejimin Azərbaycan Respublikasına “Qabriel 5” gəmiyə qarşı raketlər satması barəsində sualını belə cavablandırıb: Biz həmişə bildirmişik ki, Xəzər dənizi sülh və dostluq dənizidir və 5 sahilyanı ölkə bu məsələyə diqqət yetirməlidir. Amma müşahidə olunur ki, bəzi sahilyanı ölkələr digərləri ilə olan həmahəngliklə belə addımlar atırlar .
İran İslam Respublikası dəniz qoşunları komandanı əlavə edib: Tövsiyəmiz həmişə belə olub ki, bütün sahilyanı ölkələr qonşu ölkələr arasında həmahəngliklə Xəzərdə təhlükəsizliyi bərqərar etsinlər və Xəzərin sülh və dostluq dənizinin gerçəkləşməsi üçün münasib zəmin yaransın.
Kontr-admiral Səyyarinin sözlərinə görə, lakin bəzi ölkələr hər halda bəzi addımlar atırlar. İran İslam Respublikası bu hərəkətlərdən xəbərsiz deyildir, regionun vəziyyətinə tam nəzarət edir və vəziyyəti diqqətli şəkildə izləyir. İran İslam Respublikası müəyyən olunan 20%-lik məntəqədə tam yerləşib və öz mənafeyini izləyir.
İran İslam Respublikası dəniz qoşunları komandanı Azərbaycan Respublikası dəniz qoşunları komandanının İrana səfər proqramının təxirə salınmasının səbəbi barəsində də deyib: Bu səfərin baş tutması və İranın dəniz qoşunları ilə yaxından tanışlıq istənilmişdi. Biz də hazırlığımızı elan etdik. Sonradan özləri istədilər ki, bu səfər bir müddət təxirə salınsın. Qonşu ölkədir. Biz hazır idik ki, gəlsinlər. Çünki qonşu ölkələrin dəniz qüvvələri arasında həmişə əlaqələr mövcud olmalıdır.