İranXƏBƏRLƏR

İran Kazanda ilk qızıl medalını əldə etdi

İranlı atlet Rəsul Təqiyan Kazanda keçirilən “Yay Universiadası-2013”də birinci oldu.

Yarışların 5-ci günündə ağır atletika üzrə Asiya rekordçusu olan Rəsul Təqiyan 77 kiloqram çəki dərəcəsində bir hərəkətdə 157, iki hərəkətdə isə 198 kiloqramlıq ağırlığı başı üstünə qaldıraraq, ümumilikdə 355 kiloqram ilə “Yay Universiadası-2013”də İran üçün ilk qızıl medalı əldə edib.

R.Təqiyan bu göstərici ilə “Yay Universiadası-2013”də qeydə alınmış rekordu təzələməyi də bacarıb.

Velosiped yarışlarında isə iranlı velosipedçi Mirsəmədpur Seyyidi ardıcıl olaraq iki gündür ki, yarışları birinci başa vurur.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu