İran Koreya yarımadasında vəziyyətin gərginləşdirilməsi ilə müxalifdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib: İran daim dünyanın hər bir yerində sülh və sabitliyin tərəfdarı olub və Koreya yarımadası və regionda da belə olmasını istəyir.

Ramin Mehmanpərəst əlavə edib: İran İslam Respublikası davamlı olaraq dünyada sülh və sabitliyin tərəfdarı olub və bütün tərəfləri gərginliyə səbəb ola biləcək addımlardan çəkinməyə, ixtilafları danışıqlar yolu ilə həll etməyə çağırır.

↑
Exit mobile version