İran Məclisinin sədri ABŞ-ın danışıqlar aparmaq və ya müharibə etmək istəməsinin onlar üçün heç bir əhəmiyyət daşımadığını bildirdi.
O, “Əgər bizim 7 məntiqli şərtimizi qəbul etsələr, razılaşma yolu açıqdır” – deyə qeyd etdi. Həmçinin ABŞ-ın bu dəfə səhvə yol verəcəyi təqdirdə döyüş coğrafiyasını İran Silahlı Qüvvələrinin imkan və iradəsinin müəyyənləşdirəcəyini vurğuladı.
