İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, şəhid Rəhbər Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq çəkindirmə və silahlı qüvvələr sahəsində elə möhkəm struktur yaradıb ki, komandirlərin şəhadətinə baxmayaraq, komandanlıq sistemi öz dayanıqlığını qoruyur.
Qalibaf qeyd edib ki, düşmənlər bu vəziyyətə təəccüblənirlər. Onlar yüksək rütbəli komandirləri hədəf almaqla və öz ifadələri ilə “çəmən biçmə” adlandırdıqları hücumları həyata keçirməklə ölkənin komandanlıq strukturunu poza biləcəklərini düşünürdülər.

