İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Livan Məclisinin sədri Nəbih Berri ilə telefon danışığında bildirib ki, Livanda müharibə başa çatmadan və Livanın öz əraziləri üzərində suverenliyi təmin edilmədən bölgəyə sakitliyin qayıtması mümkün deyil.
Qalibaf qeyd edib ki, İran danışıqlar prosesində öz tələblərini və şərtlərini izləyərkən Livan məsələsinə xüsusi diqqət yetirir.
