İran müdafiə naziri Çin kosmos mərkəzini ziyarət etdi

İran Müdafiə naziri General Hüseyn Dehgan, Çin ziyarətinin davamında bu ölkənin kosmos mərkəzini və bəzi hərbi birliklərini ziyarət etdi.

Çinli mevkidaşının rəsmi dəvəti ilə bu ölkəyə gedən Müdafiə naziri General Dehgan, Çin kosmos mərkəzini ziyarət etdi.

İndiyə qədər çox sayda astronavt kosmosa göndərən mərkəzdə General Dehgan üzərində çalışılan son proqramlar və layihələr haqqında məlumat götürdü.

General Dehgan üç günlük səfərinin davamında ayrıca Çin ordusunun bəzi birliklərini və manevrini ziyarət edərək təhsil və əməliyyat fəaliyyəti haqqında məlumat aldı.

↑
Exit mobile version