İran İslami Şura Məclisi araşdırmalar mərkəzi başçısı narkotik maddə ilə mübarizədə İranın ən ön safda iştirak etdiyinə işarə edərək, narkotik maddə ilə mübarizənin beynəlxalq cəmiyyətin əməkdaşlığı və ölkələrin ciddi iradəsini tələb söylədi.
İran İslami Şura Məclisi araşdırmalar mərkəzi başçısı Kazım Cəlali, BMT-nin İran nümayəndəliyi narkotik maddə və cinayətlərlə mübarizə məsulu Bon Vat ilə dünən axşam etdiyi görüşdə , narkotik maddə qaçaqçılığı ilə mübarizədə İrana ağır maddi və mənəvi itki verildiyini , bunun isə İranın bu mübarizədəki təsirli və seçmə rolunu gözlər önünə sərdiyini ifadə etdi.
İran Məclisi milli təhlükəsizlik və xarici siyasət komissiya üzvü narkotik maddənin Əfqanıstanda çıxarılmasına işarələ, NATO qüvvələrinin Əfqanıstanı işğalları ardından narkotik maddə istehsalının artdığını , buna görə NATO-nun narkotik istehsalının artımı kontekstində əməkdaşlıq etdiyi və ya ən azı bu mövzuda davam etdirilən mübarizədə dözümlüdür davrandığınız göstəricisi olduğunu ifadə etdi.
İranda edama məhkum olanların bir çoxunun narkotik maddə qaçaqçılığı ilə əlaqədar olduğuna toxunan Cəlalı Avropa ölkələrinin söz mövzusu idamlara qarşı insan hüquqları şüarları atdıqlarını , ancaq indiyə qədər narkotik maddə ilə mübarizə müddətində İran təhlükəsizlik güclərindən təxminən 4 mini şəhid olarkən ən az 10 min təhlükəsizlik işçisinin də yaralandığını söylədi.
BMT-nin İran nümayəndəliyi narkotik maddə və cinayətlərlə mübarizə məsulu Bon Vat da Əfqanıstanda narkotik istehsalının hər il daha da artmaqda olduğuna işarə edərək, Əfqanıstanın dünyada narkotik maddə istehsalında birinci sırada iştirak etdiyini və İran İslam respublikasının də bu mübarizədəki rolunun təqdirə layiq olduğunu söylədi.
