
İrana qarşı neft sanksiyalarının davam etməsi nəticəsində İran özünün valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft məhsullarının ixracatını gözə çarpacaq miqdarda artırıbdır.
İran İslam Respublikasının Ticarət Palatası vəd veribdir ki, 1392-ci ildə İranın bütün idxalat ehtiyacları , qeyri-neft məhsullarının ixracatı ilə əldə edilən valyuta gəlirlərindən əldə ediləcək.
İranın Ticarət Palatasının İxracat Komissiyasının sədri İranın Ticarət Palatası Nümayəndələrinin 19-cu İclasında bu komissiyanın İranın ixracatı və idxalatının miqdarının bərabərləşdirilməsi haqda proqramlaşdırmaların həyata keçirilməsindən də xəbər verib.
“ Əgər 60-65 milyard dollar əmtəə-mal idxalatı olunacaqsa, elə bu miqdarda da mal ixracatı olmalıdır” –deyə Əsədullah Əsgərövladı bildirib.
İranın Ticarət Palatasının İxracat Komissiyasının sədri həmçinin deyib: “ Cari hicri şəmsi ilində İranın qeyri-neft ixracatı miqdarının 50 milyard dollara çatması proqramlaşdırılmışdır ki, bu proqram reallaşıb”.
Son illərdə İrana qarşı ticarət sanksiyalarının kəskinləşməsinə rəğmən İranın qeyri-neft məhsulları ixracatının artım miqdarı gözə çarpacaq miqdarda olubdur və 1387-ci hicri şəmsi ilindəki 21 milyard dollardan, 1390-cı ildə 43.7 milyard dollara cari ildə isə 50 milyard dollara çatıbdır.