İran İslam Respublikasının neft naziri sanksiyalara rəğmən İranı neft sənayesinin özünü təmin həddinə çatdığını bildirib.
Fars Xəbər Agentliyinin məlumatına görə, İranın neft naziri Rüstəm Qasemi Tehranda 18-ci Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-kimya Sərgisinin açılış mərasimində sanksiyalara rəğmən neft sənayesinin asılı olmayan bir sənaye sahəsinə çevrilməsi münasibətilə şənlik mərasimlərinin keçiriləcəyindən xəbər verib.
R.Qasemi daha sonra deyib: Bu gün İrana bir dənə də olsun neft məhsulu idxal edilmir. Əksinə, hazırda İran iri neft məhsulları ixracatçılarından birinə çevrilib.
İranın neft naziri ölkəsinin dünyanın bütün sənaye ölkələri ilə əməkdaşlığa hazır olduğunu vurğulayaraq, deyib: Keçmişdə lazımi texnologiyaya malik olmadığımız üçün İranın neft sənayesində bir çox asılılıq mövcud idi. Amma, son illər ərzində xüsusilə sanksiyaların ardınca əldə edilmiş nailiyyətlər sayəsində İran neft sənayesi sahəsində asılılığa son qoyulmasını bayram edir.
Rüstəm Qasemi həmçinin deyib: Hal hazırda İranda quraşdırılmaqda olan 70 neft-kimya kompleksi mövcuddur. Onların istifadəyə verilməsi ilə İranın neft-kimya sənayesinin ümumi illik istehsal həcmi 130 milyon tona çatacaq.
İranın neft naziri hazırda İranın xarici təchizatlara olan ehtiyacının 90%-dən 50%-ə qədər azaldığını deyərək, vurğulayıb: Ötən il İranın gəlir baxımından müəyyən problemlər yaşamasına baxmayaraq, İranın neft sənayesinə 30 milyard dollar sərmayə qoyulub. Və bir çox mühüm neft layihələri istifadəyə verilib.
18-ci Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-Kimya Sərgisi İran və xarici ölkələrdən gəlmiş şirkətlərin iştirakı ilə bu gün Tehranda işə başlayıb.