
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi 5+1 Qrupunun İranın Moskva iclasındakı təklifinə məntiqli və konstruktiv cavab verməsi lazımdır.
Səid Cəlili dünən Almatıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüşüb, danışıqlar aparıb.
Cəlili İran və Qazaxıstanın nüvə tərksilahı və nüvə silahlarının yayılmasının önlənilməsi qarşısında ortaq mövqeyə malik olduqlarını bildirərək, deyib: Bəzi qüdrətlər bilməlidirlər ki, nüvə silahına arxalanmaq və İran xalqına təzyiqlər göstərməklə İran İslam Respublikasını öz haqlı və qanuni nüvə haqqından məhrum edə bilməzlər. Bu barədə Səhər kanalı məlumat verir.
Səid Cəlili daha sonra regiondan kənar ölkələrin regionda gərginlik və böhran yaratmalarına işarə edərək, deyib: Regionda davamlı təhlükəsizlik yalnız region ölkələrinin əməkdaşlığı ilə təmin edilə bilər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: Böyük qüdrətlərin öz yaratdıqları problemlərdən yeganə nicat yolu İran xalqı ilə anlaşma yolunda addımlamaq və İranın nüvə haqqını qəbul etməkdir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bu görüşdə İslam Dünyasının birliyinə və region ölkələri arasında inteqrasiyaya təkid edərək, bunu yeni beynəlxalq iqtisadiyyat ilə qarşılaşmaq üçün ən düzgün seçim adlandırıb.
