Nizami Gəncəvinin məqbərəsindəki fars dilində yazılmış kaşılar Azərbaycan dilində yazılmış kaşılarla əvəz ediləcək
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsindən sökülərək, çıxardılan fars dilində olan şer kaşılarının iranlı sənətkarların əməkdaşlığı və şairin daha gözəl şerləri ilə bəzədilmiş yeni kaşılarla əvəz edilməsini təklif etdiyi halda, Bakı sökülən kaşıların şairin Azərbaycan dilinə tərcümə olunmuş şer kaşıları ilə əvəz ediləcəyini bildirib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Nizami Gəncəvi Mərkəzinin direktoru deyib: Nizami Gəncəvinin məqbərəsində, üzərində fars dilində olan şeir kaşıları çıxarılaraq yerinə həmin şeirlərin Azərbaycan dilində tərcüməsi yerləşdiriləcək.
Xəlil Yusifli əlavə edib: Bəzi vaxtlar Nizami Gəncəvi muzeyi və məqbərəsinə müraciət edənlər məqbərədəki fars şerlərini müşahidə etdikdə elə təsəvvür edirlər ki, Nizami Gəncəvi fars şairi olub.
X.Yusif həmçinin deyib: Nizami Gəncəvinin şerlərinin Azərbaycan dilinə tərcümə edilməsi və tərcümə olunmuş şerlərin məqbərəyə yerləşdirilməsi, onun Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğuna təkid məqsədilə atılmış bir addımdır.
Yusifli əlavə edib: Nizami Gəncəvinin Azərbaycan dilinə tərcümə olunan 4 beyt şeri ilə yanaşı, Nizami Gəncəvi muzeyindəki digər şerlər də Azərbaycan dilinə tərcümə ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Nizami Gəncəvinin kimliyi və onun fars dilində olan əsərlərinin mahiyyətini təhrif etmək üzrə səylərinin davamında ötən ay bu görkəmli farsdilli şairin məqbərəsindəki fars dilində olan şer kaşılarını söküb.
Azərbaycan Respublikası ötən illər ərzində İranın tanınmış şairi Nizami Gəncəvinin kimliyini təhrif etmək üçün geniş səylərə başlayıb.
Bu səylərdən biri Heydər Əliyev Fondu tərəfindən 110 min avro məbləğində dəyəri olan Romada ucaldılan Nizami Gəncəvi heykəlidir ki, Azərbaycan şairi olaraq təqdim edilib. Bu addım italiyalı tədqiqatçıların etirazına səbəb olub.
Nizami Gəncəvinin bütün əsərlərinin fars dilində olduğu və Azərbaycanın müstəqilliyindən 22 ildən çox müddətin keçmədiyi bir halda bu ölkədə bütün dərsliklərdə Nizami Gəncəvi Azərbaycan şairi kimi təqdim edilir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İraqçı öncə Nizami Gəncəvinin məqbərəsindəki fars dilində olan şer kaşılarının sökülməsi ilə bağlı xəbərin doğruluğuna inanmamış, amma, daha sonra bu təəssüfləndirici xəbərin təsdiq edilməsi ilə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq etmişdi ki, Nizami Gəncəvinin məqbərəsinə iranlı sənətkarların əməkdaşlığı ilə şairin fars dilində olan şerləri ilə bəzədilmiş daha gözəl kaşılar yerləşdirilsin.
