DünyaİranXƏBƏRLƏR

İran ordusu qüdrətini nümayiş etdirdi

İran İslam Respublikası ordusunun nümunəvi bölmələri bu gün İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in məqbərəsinin kənarında təşkil edilmiş hərbi paradda, ölkə prezidenti Mahmud Əhmədinejadın olduğu tribunanın önündən keçiblər.

Bu parad yürüşündə İran ordusunun quru, dəniz və havadan müdafiə üzrə son nailiyyətləri nümayiş etdirilib. Bu nailiyyətlər isə İran ordusunun iqtidarı və bacarığının yalnız kiçik bir hissəsidir.

İran İslam Respublikası ordusunun Quru Qoşunları komandanı general-mayor Purdəstan deyib: Ordu günü münasibətilə təşkil edilən hərbi parad qonşu və dost ölkələr üçün sülh, dostluq və qardaşlıq müraciətinə malikdir. İrana qarşı təhdid kimi xam xəyallara malik olanlar isə bilməlidirlər ki, İran İslam Respublikası ordusu istənilən təcavüzkarlıq qarşısında, təcavüzkarları öz əməllərinə görə peşman edəcək.

parad- 1

Ordu günü münasibətilə təşkil edilmiş hərbi paradda ordunun yeni nailiyyətləri o cümlədən hava-yer tipli “Fəkur” və “Qadir” raketləri habelə, uzaq mənzilli “Nur” və “Səttar-1” raketləri, taktiki səyyarə nəzarət bürcü, Cəmaran-1 və Cəmaran-2 hərbi döyüş gəmilərinin maketləri, Ritard bombası, Nəsr raketi, Zubin raketi və Lançer-99 nümayiş etdirilib.

parad-5(1)

Ordunun hərbi parad yürüşündə nümayiş etdirilən yeni hərbi təchizatlar arasında havadan müdafiə qüvvələrinin 23 millimetrlik səyyar topu, S200 zenit raket qurğusu, Qadir, Rapir, Ya Zəhra-3 raketləri və Şəhab və Samin lokatorlarları da diqqəti özünə cəlb edirdi.

parad-7

İran İslam Respublikası ordusunun Hava Qüvvələrinin qırıcı təyyarələri də İran İslam Respublikasının banisi İmam Xomeynri(r.ə)-in məqbərəsi üzərindən uçaraq, öz qüdrətini nümayiş etdiriblər.

parad-3

Bütün bu nailiyyətlər ordunun müdafiə sənayesi və universitetlər ilə sıx əməkdaşlıqlarının nəticəsidir. Bu əməkdaşlıqlar sayəsində ordunun ehtiyacı olan bütün hərbi təchizatlar yerli imkanlar hesabına istehsal edilərək, silahlı qüvvələrin ixtiyarına verilir.

İran İslam Respublikası ordusunun hərbi parad yürüşü yerli və xarici media vasitələrinin 450-dən artıq jurnalisti, reportyoru və fotomüxbiri tərəfindən işıqlandırılıb.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı