İran ordusu quru qüvvələri sərhədlərdə yerləşdirilib

İran İslam Respublikası ordusu quru qüvvələr komandanı silahlı qüvvələrin İran sərhədlərində yerləşdirildiyini bəyan edib.

İran İslam Respublikası ordusunun quru qüvvələr komandanı general-mayor Əhmədrza Purdəstan İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində deyib: Ordunun bir çox quru qüvvəsi İranın bütün sərhədlərində yerləşdirilib.

General Purdəstan İran prezident seçkiləri zamanının yaxınlaşmasını və ehtimal olunan təhlükələr qarşısında İranın ərazi bütövlüyünü qorumaq üçün ordunun səylərinə diqqət çəkərək əlavə edib: İran İslam Respublikası ordusunun əsaslı addımlarından biri sərhədlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir.

İran İslam Respublikası ordusu quru qüvvələr komandanı həmçinin söyləyib: İran ordusunun qüvvələri bütün sərhədlərdə istənilən məkrli planı zərərsizləşdirmək üçün lazımi sayıqlıq və hazırlığa malikdirlər.

↑
Mobil sürümden çık