İran ordusunun Dəniz Qüvvələri müharibə şəraitində ölkəni müdafiəyə tam hazır olduğunu bildirib

İran İslam Respublikası ordusunun Dəniz Qüvvələrinin komandanı tabeliyində olan qüvvələrin müharibə şəraitində ölkəni tam qüdrətlə müdafiə etməyə hazır olduğunu bildirib.

Kontr-admiral Həbubulla Səyyari İranın cənubunda, Buşehr şəhərində keçirilən bir mərasimdə deyib: Baxmayaraq ki, düşmənlər İrana qarşı hərbi müdaxilə seçimindən məyus olublar və İran xalqına qarşı savaşda virtual müharibəyə üz tutublar, amma, bu o demək deyil ki, İranın silahlı qüvvələri bir an olsun belə müharibəyə hazırlıq məsələsindən qafil olsun.
Həbibulla Səyyari əlavə edib: Bu gün İran İslam Respublikası dünyada elə bir mövqeyə malikdir ki, heç bir ölkə İrana hərbi təcavüz etmək fikrinə düşə bilmir.
İran ordusunun Dəniz Qüvvələri komandanı dəyərlərin qorunmasını İranın düşmənləri üçün ən böyük məyusluq və məğlubiyyət adlandırıb və deyib: Bəsirət inkişaf yolunda ictimaiyyətin mühərrikidir və İran ordusunun Dəniz Qüvvələrinin bacarıqlı kadrları əməliyyat məntəqələrində iştirak ilə mənəviyyat səviyyəsini daha da yüksəltməlidirlər.

↑
Mobil sürümden çık