
1392-ci hicri şəmsi ilinin ilk günündə İran İslam Respublikası ordusu dəniz qüvvələrinin döyüş təlimi üzrə 24-cü gəmi qrupu Şrilankanın Kolombo limanına yan alıb.
İran İslam Respublikası ordusu dəniz qüvvələrinin 24-cü gəmi qrupunun komandanı kapitan Seyid Ümid Gülüstanə sülh və dostluq müraciətinin çatdırılmasını bu gəmi qrupunun əsas vəzifəsi adlandırıb. Məlumatı Səhər telekanalı internet portalı verib.
İslam Respublikasının hərbi qüdrətinin nümayiş etdirilməsi və İran İslam Respublikasının müqəddəs bayrağının ekvator xəttində dalğalandırılması, eləcə də həssas bölgələr, xüsusilə də Malaka boğazı və Benqal boğazında gəmiçilik xətlərinin təhlükəsizliyinin təmin olunması bu gəmi qrupunun digər məqsədlərindən hesab olunur.
Xarək vertolyot daşıyan gəmisi və Savalan esminesi 700 kadrla birlikdə İran İslam Respublikası ordusu dəniz qüvvələrinin 24-cü gəmi qrupunu bu önəmli vəzifədə təşkil edirlər.
