İran Ordusunun Hərbi Dəniz Qüvvələri Pars cənubundakı SPD14D neft platformasında baş verən yanğından sonra təxliyə edilən 17 nəfərin xilasetmə və sahilə çatdırılma əməliyyatını həyata keçirib. Əlverişsiz hava şəraitinə baxmayaraq, hərbi dəniz qüvvələrinin şəxsi heyəti platformadakı əməkdaşları təhlükəsiz şəkildə sahilə çıxarıb.
Əməkdaşlar gəmiyə çatdırıldıqdan sonra onlara ilkin tibbi və yardım tədbirləri göstərilib, isti geyim və yeməklə təmin olunublar. Daha sonra xilas edilənlərin yardım mərkəzlərinə təhvil verilməsi üçün İran Ordusunun yardım gəmisi Lavan adasına yola düşüb.

