İran İslam Respublikası Ordusunun döyüş təyinatlı məhvedici PUA-ları bu gün sübh çağı Küveytdəki Əli əs-Salim bazasında yerləşən “Patriot” hava hücumundan müdafiə sistemlərini, həmçinin ABŞ terrorçu ordusunun PUA və raket buraxılış qurğularını hədəf alıb.
Əli əs-Salim aviabazası Qərbi Asiyada mühüm bazalardan biri, ABŞ-ın hava nəqliyyatının əsas mərkəzi və hərbi qüvvələrinin bölgəyə giriş qapısı hesab olunur. Baza ABŞ-ın bölgədəki hərbi və logistika strategiyasında əsas rol oynayır.




