İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Pakistanın Karaçi və Pişavər şəhərlərindəki terror aktlarını pisləyib və bu ölkədə dini və etnik qarşıdurmaların alovlandırılmasını müsəlman ümmətin düşmənlərinin nəhs planlarının məqsədləri istiqamətində adlandırıb.
İran XİN sözçüsü Seyid Abbas İraqçı çoxlu sayda müsəlman və günahsız pakistanlının şəhid olması və yaralanması ilə nəticələnən Karaçi və Pişavər şəhərlərindəki terror aktlarını pisləyib.
İraqçı əziz Pakistan xalqı və dövlətinə başsağlığı verərək həlak olanlarla Allah-taaladan rəhmət, yaxınlarına səbir diləyib və onların dərdinə şərik çıxıb.