AsyaDünyaİranXƏBƏRLƏR

İran, Parisdə yaşanan terror hadisələrini şiddətlə qınadı

İran Xarici İşlər Nazirliyi sözçüsü, dünən gecə Parisdə yaşanan qanlı terror hücumlarını qınadı.

İran Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Cabir Ənsari etdiyi şərhdə, onlarla günahsız insanın ölməsi və yaralanmasına səbəb olan Paris terror hücumlarını şiddətlə qınayaraq, Fransa dövlət və xalqına başsağlığı dilədi.
Cabir Ənsari, “Bu çətin anlarda İran özünü bu terror hadisələrinə qurban gedən ailələrinin yanında görür. İran İslam Respublikası, bu terroru işləyənlərin İslam dini və bütün əxlaqi və insani prinsiplərə qarşı olduğunu vurğulayaraq, terrorizm ilə əsaslı bir şəkildə mübarizə etmək üçün beynəlxalq iradə meydana gəlməsi lazım olduğunu ifadə edir “dedi.
Xarici işlər nazirliyi Spikeri ayrıca, İranın terrorizm və ekstremizm ilə mübarizədəki sabit və açıq-aşkar siyasətini davam etdirəcəyini və bu çərçivədə digər ölkələrlə əməkdaşlıq üçün hazır olduğunu bildirdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu