
İranın səhiyyə və müalicə nazirinə etimad səsinin verilməsi iclasında Rəştin İslam Şurası Məclisindəki millət vəkili Həsən Təmini Liçayi Məhəmməd Həsən Təriqət Münfəridin seçilməsinə qarşı çıxıb və deyib: İslam İnqilabının Böyük Rəhbəri buyurublar ki, bir şəxs xəstələndiyi vaxt xəstəlikdən onun başqa acısının olmaması üçün çalışmalıyıq.
Millət vəkili Məhəmməd Həsən Təriqət Münfəridin səhiyyə və müalicə naziri seçilməsinə qarşı çıxaraq iddia edib ki, xalq səhiyyə sahəsində çoxlu çətinliklərlə üzləşir və səhiyyə naziri ailə həkimi layihəsinin icrasında uğursuz olmuşdur. Halbuki ailə həkimi layihəsi bütün İranda icra olunmalı və hər bir İran ailəsi müalicə məsələlərini xüsusi bir həkimlə izləməli idi.
Urmiyənin parlamentdəki millət vəkili Qazipur da Təriqət Münfəridin nazirliyinə qarşı çıxıb və uzaq bölgələrdə xüsusi həkimlərdən istifadənin olunmasının zəruriliyini vurğulayıb.
Təriqət Münfərid də Səhiyyə Nazirliyində öz funksiyasını müdafiə edərək deyib: Səhiyyə və müalicə sektoru çox həssas sektordur və xalqın bu sektordan razılığı və razılaşmaması digər sektorlarla müqayisədə çox həssasdır.
İranın Səhiyyə və Müalicə Nazirliyi üçün təklif olunan namizəd əlavə edib: Xalq tərəfindən birbaşa ödəmənin 30%-dən aşağı endirilməsi hökumətin vəzifələrindəndir. Hazırkı vəziyyətdə ümumi tibbi mərkəzlər 80%-dən yuxarı tibbi təchizatlarla təmin olunmuşdur. Müalicə xidmətləri məhdud xərclə olmalı və xalqın izzəti qorunmalıdır.
İslam Şurası Məclisinin millət vəkilləri lehinə və əleyhinə nümayəndələrin açıqlamaları və həmçinin prezidentin çıxışını dinlədikdən sonra 113 lehinə, 99 əleyhinə və 12 bitərəf səslə Məhəmməd Həsən Təriqət Münfəridin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə rəhbər təyin olunması ilə razılaşıblar.
Təriqət Münfərid 27 dekabr 2012-ci ildə prezident tərəfindən Mərziyyə Vəhid Dəstcerdinin səhiyyə naziri vəzifəsindən kənarlaşdırılmasından sonra bu vəzifədə çalışırdı.
Münfərid ötən illərdə sığorta və İmam Xomeyni (rə) İmdad Komitəsinin rəhbəri, Neft Nazirliyinin səhiyyə və müalicə məsələləri üzrə məsul şəxsi, Şəhid Behişti Tibb Universitetinin elmi heyəti, Simnan Tibb Elmləri Universitetinin heyətinin üzvü, eləcə də İmam Hüseyn Xəstəxanasının rəhbəri vəzifələrində çalışmışdır.
