İran parlamentinin sədri: Fars Körfəzinin önəmi dünyaya sübut olunmalıdır

İran İslam Şurası Məclisinin sədri deyib: Fars Körfəzinin önəmi dünyaya sübut olunmalıdır.

İran İslam Şurası Məclisinin sədri- Əli Laricani bu gün səhər Bəndər-Abbas hava limanında müxbirlər qarşısında əlavə edib: Fars Körfəzi böyük nemət və simvoldur və onun bütün imkan və sərmayələrindən bəhrələnmək lazımdır.
Laricani Fars Körfəzinin onun haşiyəsindəki bütün sakinlər üçün önəmli olduğunu bildirərək, vurğulayıb: Düşmənlər tərəfindən Fars Körfəzinin mahiyyəti barədə bəyan edilmiş bütün mətləblər yalandır.
İran İslam Şurası Məclisinin sədri həmişə Fars Körfəzi olan Fars Körfəzi üzrə onuncu elmi-tədqiqat konfransında iştirak etmək üçün Bəndər-Abbasa daxil olub və bu konfransda çıxış edəcək.
İranın cənubunda- Caskdan Parsiyanadək insan halqasının təşkili, Fars Körfəzi xəritələri sərgisinin açılışı, Fars Körfəzinin Ətraf Mühiti sərgisi və Fars Körfəzi üzrə fotosərgi Fars Körfəzi Milli Gününün proqramlarındandır.
Bu gün çərşənbə, aprelin 30-u- portuqaliyalıların İranın cənub sularından çıxarılmaları, İran İslam Respublikasının təqvimində “Milli Fars Körfəzi” günü adlandırılıb.

↑
Mobil sürümden çık