İran prezidenti , Əfqanıstanda meydana gələn sel və torpaq sürüşməsi nəticəsində çox sayda insanın ölməsi və yaralanması hadisəsindən ötəri çox kədərli olduğunu , Əfqanıstan hökuməti və xalqı ilə dərd ortaqlığında olduğunu ifadə etdi.
Prezident İnformasiya Mərkəzinin xəbərinə görə, prezident Həsən Ruhani Şənbə günü , Əfqanıstan prezidenti Hamid Karzainin göndərdiyi mesajında , Əfqanıstanda meydana gələn sel və torpaq sürüşməsi hadisəsindən ötəri kədərli olduğunu ifadə edərək , İran hökuməti və xalqının , Əfqanıstan hökuməti və xalqına dostluq və hər cür maddi mənəvi köməyə hazır olduğunu qeyd etdi.
Əfqanıstanın şimal-şərqindəki Badahşan vilayətində Cümə günü meydana gələn torpaq sürüşməsi nəticəsində 1000 nəfərlik kənd xalqından 300 adam torpaq altında qalaraq itdi.
Digər tərəfdən, ilk təyin etmələrə görə , haqqında danışılan əlim faciədə ən az 2500 adamın həyatını itirdiyi , 120 ailənin də evsiz eşiksiz qaldığı ifadə edildi.