AzərbaycanXƏBƏRLƏR

Qərb İbrahimbəyovun namizədliyinin təsdiqlənməməsini niyə qalmaqala çevirmədi?

Azərbaycan Respublikasının məşhur kinematoqrafı Rüstəm İbrahimbəyovun bu ölkə prezident seçkilərində namizədliyinin təsdiqlənməməsi məsələsi, gözlənilənin əksinə olaraq, qərb ölkələri rəsmiləri və qurumlarının soyuqqanlığı ilə üzləşdi və rəsmi Bakı bu mərhələni demək olar ki, asanlıqla arxada qoydu.

Belə hallarda qərb və Avropa siyasətçiləri və dairələrinin güclü qalmaqal yaratmaq xüsusiyyətini nəzərə aldıqda, qərbin Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməməsi məsələsində soyuqqanlıqla keçməsi düşündürücü məsələdir.

Əlbəttə Azərbaycan Respublikasında İlham Əliyevin prezidentliyini davam etdirməsi üçün Avropa, Rusiya, ABŞ və digər qüdrət mərkəzləri tərəfindən dolayısı razılaşmaları nəzərə aldıqda Avropanın Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməməsi qarşısında soyuqqanlılığı əsaslandırıla bilər. çünki Avropa və ABŞ insan haqları ilə bağlı bütün iddialarına baxmayaraq, mənafelərinə uyğun gəlmədikdə bəzi məsələlər yaradır və bəzi məsələləri şişirdərək qalmaqal və dezinformasiyalar törədirlər. lakin istər seçki səlahiyyətinə malik şəxsin namizədliyinin təsdiqlənməməsi, istərsə də Myanma və Xocali qətliamı baş verdikdə, qərbin mənafeyi təmin olunursa, onlar asanlıqla sükutla onu təsdiqləyirlər.

Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməməsi ilə əlaqədar qərbin soyuqqanlılığı barəsində xatırlatmaq lazımdır ki, ötən iyul ayında Avropa Komissiyasının Enerji Məsələləri üzrə Üzvü Günter H. Oettinger “ Şah Dəniz Qərarı: Avropaya daha çox qaz” başlıqlı məqalədə rəsmi Bakının Avropanın gözlədiyi yolla qərbə qaz daşımağa boyun əydiyini və beləliklə İlham Əliyevin prezidentliyi ilə Avropanın razılaşdığını yazmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu