DünyaXƏBƏRLƏR

Dəməşq silahlı müxalifətin kimyəvi silahlardan istifadə faktını təqdim etdi

Suriya silahlı müxalifətin kimyəvi silahlardan istifadə etməsi ilə bağlı faktları Rusiyaya təqdim edib.
PressTV-nin məlumatına görə, Suriya hökuməti silahlı müxalifətin kimyəvi silahlardan istifadə etməsi ilə bağlı faktları Rusiyanın xarici işlər nazirinin müavininə təqdim edib. Bu faktlar silahlı müxalifətin kimyəvi silahlardan istifadə etməsini sübuta yetirir.
Rusiya xarici işlər naziri deyib: Əgər Suriya kimyəvi silahların məhv edilməsi üzrə öz öhdəliyinə əməl edə bilməsə belə, Moskva Təhlükəsizlik Şurasının Suriyaya qarşı gücdən istifadə ilə bağlı istənilən qətnaməsini veto edəcək.
Lavrov deyib: BMT-nin Suriyanın kimyəvi silahlardan istifadə etməsini təsdiq edən hesabatı qeyri-professional olub və qane edici deyil.
BMT müfəttişlərinin hesabatında Dəməşqin ətrafında kimyəvi silahdan istifadə edilərək həyata keçirilən hücumun kim tərəfindən həyata keçirildiyinə işarə olunmayıb.
Lavrov deyib: Biz güclü dəlil və sübutlara malikik ki, avqustun 21-də Dəməşqin ətrafında silahlı müxalifətin kimyəvi silahlardan istifadə etdiyini sübut edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu