İranXƏBƏRLƏR

İranın Zabol şəhər prokuroru bu gün səhər terror edildi

İranın Zabol şəhər prokuroru bu gün səhər naməlum hücumçular tərəfindən terror edilib.

Fars Xəbər Agentliyinin məlumatına görə, İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan Ostanı Prokurorluq İdarəsinin rəisi İbrahim Həmidi deyib: Zabol şəhər prokuroru bu gün səhər işə gedərkən yolda naməlum silahlıların hücumuna məruz qalıb və sürücüsü ilə birlikdə şəhid olub.

İran İslam Respublikası quruluşu ilə düşmən olan və hegemonçuluq quruluşu və sionist rejim tərəfindən himayə edilən terrorçu qruplaşmalar dəfələrlə siyasi və təhlükəsizlik rəsmilərini, sivil insanları və sərhədçiləri öz terror hücumlarının hədəfinə alıblar ki, son hadisədə oktyabrın iyirmi beşində Sistan və Bəluçestan Ostanının Sirakan sərhəd bölməsi Səravan məntəqəsində terrorçuların hücumuna məruz qalmış və 14 sərhədçi şəhid olmuş, daha 6 sərhədçi isə yaralanmışdı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu