AzərbaycanİranXƏBƏRLƏR

İran ABŞ-ı Azərbaycan Respublikasının məsələlərində müdaxilədən çəkindirdi

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas İraqçı Tehranda keçirdiyi həftəlik brifinqində ABŞ-ın Bakıdakı sabiq səfiri Metyu Brayza və onun Azərbaycan Respublikasına Misirin taleyi ilə üzləşməsi barəsində xəbərdarlıq etməsi ilə bağlı deyib: Metyu Brayza barəsində ABŞ və qərbin ölkələrin daxili məsələlərində istənilən müdaxilələrinə qarşıyıq.

ABŞ-a tövsiyə edirik ki, bu müdaxilədən çəkinsin. Bu təhriklər regionda gərginliyin artmasına səbəb ola bilər. Əgər qərb və ABŞ, əsasən də İsrail rejimi bütün məsələləri yaxşı formada və ədalətlə təhlil və dəyərləndirə bilsəydilər, yəqin ki regionda vəziyyətləri bundan yaxşı olardı. Lakin öz yersiz müdaxilələri ilə regionda gərginliyə səbəb olub, ədalətsizliklə öz yerlərini region xalqları və hətta öz xalqları arasında süquta yuvarlayıb və tənqidlə üzləşiblər.

İran XİN sözçüsü Azərbaycan Respublikası televiziya kanallarından birində mübarək Ramazan ayında imsak və iftar vaxtları azanın verilməsini müsbət qarşılayaraq deyib: Azərbaycan Respublikası önəmli islam və əsasən də şiə ölkəsidir. Onun islam təzahürü həmişə güclüdür. Onun bütün əhalisi islama güclü maraq göstərir. Buna görə hökumətin əsas məsələsi bu marağa müsbət cavab verməkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu