LivanSuriyaXƏBƏRLƏR

Rusiya və Livan Hizbullahı: Suriya böhranının siyasi həlli zəruridir

Livan Hizbullahının baş katibi və Rusiya prezidentinin elçisi və xarici işlər nazirinin müavini müxtəlif mövzular, o cümlədən Suriya böhranının araşdırılması və bu ölkə böhranının siyasi yolla həll olunmasının zəruriliyini vurğulayıblar.

Əl-Məyadin televiziyasının bildirdiyinə görə, bu telekanalın direktoru Qəssan Bin Cədv verdiyi müsahibədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun Livana səfəri və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahla görüşü barəsində deyib: Nəsrullah və Boqdanov ötən gecə görüşüblər. Boqdanovun istəyi ilə uzun vaxt aparan bu görüşdə Suriyanın böhranı araşdırılıb. Tərəflər Suriya böhranının siyasi həll yolu ilə həll olunmasının zəruriliyi barəsində razılıq əldə edib və onu vurğulayıblar.

İki tərəf həmçinin qaçqınların məsələsini araşdırıblar və məlumatlarda bildirildiyi kimi, Boqdanov Suriyalı qaçqınların barəsində konfransa ev-sahibliyi etmək üçün Moskvanın razılığını bildirib.

Bin Cədv deyib: İki tərəf bu görüşdə həmçinin regional, strateji, təhlükəsizlik və hətta Livana dair bəzi məsələlər, o cümlədən bu ölkənin yeni Nazirlər Kabinetinin təşkili üçün səyi göstərilməsi barəsində fikir mübadiləsi aparıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu