İranXƏBƏRLƏR

İran prezidenti İmam Hüseyn(ə) əzadarları toplusunda

İran İslam Respublikası prezidenti İmam Hüseyn(ə) Aşurası günündə Həzrət Əbdüləzim Həsəni(ə)ın pak məqbərəsində olaraq, əzadarlar toplusunda əzadarlıq edib və Aşura zöhr namazını bu məqbərədə qılıbdır.

Cənab Ruhani Həzrət Əbdüləzim(ə)ın pak məqbərəsində əzadarlıq dəstələrində olub, Şəhidlər Ağasının matəmində əzadarlıq edib.
İran İslam Respublikası prezidenti bu gün günorta həmçinin Həzrət Əbdüləzim Həsəni(ə), Həzrət Həmzə Bin Musa-Kazim(ə) və Həzrət Hahir Bin Zeynülabidin(ə)ın pak məqbərələrini ziyarət edib.
Həzrət Əbdüləzim(ə)ın pak məqbərəsindəki Həzrət Əbaəbdellahel-Hüseyn(ə) əzadarları Aşura gününün zöhr və axşam namazlarını Doktor Ruhaninin imaməti ilə qılıblar. Sonra isə İran prezidenti İmam Hüseyn(ə) əzadarlarının əzəmətli sinəvurma və zəncirvurma toplusunda olub, mənəviyyatla dolu bir atmosferdə əzadarlıq edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu