2009-cu il 30 dekabr (9 Dey) İran xalqının yaratdığı tarixi qəhrəmanlığının ildönümü günündür. Bu əlamətdar gündə ölkənin müxtəlif xalq kütlələri dini-siyasi şəxsiyyətləri və digər qurumlar və qrupları ahəngdar bir hərəkətlə böyük bir həmrəylik mərasimində bu unudulmaz və tarixi günü yad edir və əziz tutur.
Tarixi 9 Dey qəhrəmanlığında böyük İran xalqı ahəngdar bir hərəkətlə İran İslam Respublikası quruluşu, vilayət fəqih və İslam inqilabının prinsipləri və dəyərlərini himayə etməklə düşmənlərin bu ölkə xalqına qarşı fitnələrini zərərsizləşdirdi.
2008-ci ildə İranda keçirilən prezident seçkilərindən sonra ölkədə bir qrup satqın ünsür və xain dəstə seçkilərin ədalətsiz keçirilməsini iddia edərək ölkə vətəndaşlarını təhrik etməyə başladı. Bu satqın qrup 8 deydə fəaliyyətlərini davam etdirdi. Lakin nəticələri səmərəsiz qaldıqdan sonra Aşura günündə hüseyni əzadarlara qarşı hücum edib böyük cinayət yaratdılar. Onların bu qərəzli addımına dözə bilməyən İran vətəndaşları bu dəfə ciddi bir həmrəylik nümayiş etdirərək düşmənlərin bu hərəkətini kəskin tərzdə pisləyərək özlərinin İİR və vilayət fəqihə dayaq olmalarını nümayiş etdirib; beləliklə düşmənlərin arzusunun doğrulmasına imkan vermədilər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei cənabları o tarixdə bir bəyanatda İran xalqının 9 Dey tarixindəki qəhrəmanlığına görə məmnunluq ifadə etdilər. Ona görə də İran xalqının qeyrətli xalqı hər il bu tarixi günü ahəngdar bir hərəkətlə yad edir və əziz tutur.