Tehranın cümə namazı xətibi İran İslam Respublikasının, İran və 5+1 Qrupu arasında Cenevrədə əldə olunmuş anlaşmaya sadiq olması ilə yanaşı, öz inqilabçı prinsiplərinə də göz yummayacağını bildirib.
Ayətullah Məhəmməd İmami Kaşani bu gün Tehranın cümə namazı xütbələrində Qərbin İranın nüvə fəaliyyətləri ilə bağlı təbliğatlarına işarə edərək, deyib: İranın nüvə fəaliyyətləri daim sülhsevər olub və Cenevrə anlaşması da İranın öz öhdəliklərinə sadiq olduğunu bir daha dünyaya sübut etmiş oldu.
Tehranın cümə namazı xətibi həmçinin, həzrət İsa Məsihin(ə) miladı münasibətilə dünya xristianlarını təbrik edərək, deyib: Xristianlıq dini bəşəriyyəti sülh və dostluğa dəvət etsə də, Qərb ölkələri başçıları terrorçuları himayə yolu ilə İslam Dünyasını gərginliyə və böhrana sürükləyirlər.
Ayətullah Məhəmməd İmami Kaşani Qərbin İrana qarşı 35 illik düşmənçiliklərinə işarə edərək, deyib: Bütün bu düşmənçiliklərin səbəbi İranı regionda böhran və gərginlik amili kimi qələmə verməkdir.
