DünyaXƏBƏRLƏR

ABŞ təhlükəsizlik müqaviləsini imzalamaq üçün Əfqanıstana təzyiq göstərir

ABŞ təhlükəsizlik müqaviləsini imzalamaq üçün Əfqanıstana təzyiqlərinin davamında Kabilə yardımların davamını bu müqavilənin imzalanması ilə şərtləndirib.
İRİB-in məlumatına görə, ABŞ-ın Əfqanıstandakı səfiri Ceyms Koninqam Kabil-Vaşinqton müqaviləsi imzalanmadığı halda Birləşmiş Ştatların Əfqanıstana yardımları və hazırda Əfqanıstanda icra olunmaqda olan Amerikanın bir çox proqramları dayandırılacaqdır.
Amerikanın Kabildəki səfiri iddia edib ki, Vaşinqton öz hərbçiləri üçün hüquqi toxunulmazlıq ardınca deyil, öz hərbçiləri üçün hüquqi səlahiyyəti istəyir.
Bundan öncə də ABŞ Senatının Hərbi Xidmətlər Komitəsinin rəisi Karl Levin Əfqanıstan prezidenti Hamid Kərzayla Kabildə görüşdə Vaşinqtonun Kabilə yardımlarının davamını ABŞ-Əfqanıstan təhlükəsizlik müqaviləsinin imzalanması və amerikalı hərbçilərin hüquqi toxunulmazlığı ilə şərtləndirib və deyib ki, belə olmadığı halda, Vaşinqton Kabilə heç bir kömək etməyəcək.
Bu təhlükəsizlik müqaviləsinin imzalanması Amerika Birləşmiş Ştatlarına 2014-cü ildən sonra öz hərbçilərinin bir hissəsini Əfqanıstanda saxlamaq icazəsi verir.
Luye-Cərgə Ağsaqqallar Şurasının Əfqanıstan və ABŞ təhlükəsizlik müqaviləsini araşdırmaqla əlaqədar iclası noyabrın 19 və 20-si 3 min əfqan şəxsiyyət və məsul şəxsin iştirakı ilə Kabildə keçirilməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu