Vəfa Quluzadə Bakı-Novorossiysk kəmərinin qapanmasını siyasi adlandırıb
Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin siyasi müşaviri olmuş Vəfa Quluzadə Rusiyanın Azərbaycan R. Neftini Bakı-Novorosisk boru kəmərindən tranzitini dayandırmasını siyasi hərəkət adlandıraraq, deyib: “Moskva bu neft boru kəmərindən neft tranzitinin azalmasından narazıdır”.
Vəfa Quluzadə Bakıda İRİB ilə müsahibədə sonra deyib: “1997-ci ildə mənim mərhum Heydər Əliyevin müşaviri olduğum zaman müxtəlif heyətlər, o cümlədən Rusiyanın o zamankı baş naziri Viktor Çernomırdin Bakıya gəlib və Azərbaycan R-nın bütün neftinin Bakı-Novorosisk boru kəməri vasitəsi ilə köçürülməsini istəyirdilər. Onlar Bakı-Ceyhan neft boru kəmərinə ehtiyacın olmadığını deyirdilər. Amma, Bakı rusların təklifi ilə razılaşmadı, çünki Amerikanın regiondakı enerji siyasətləri üstünlük təşkil edirdi və Bakı müxalifət edə bilməzdi, buna görə də Bakı-Ceyhan boru kəməri istifadəyə verildi.
O deyib: ondan sonra Rusiya Azərbaycan R. Neftinin 20%-nin Bakı-Novorosisk boru kəməri vasitəsi ilə nəql edilməsini gözləyirdi, amma nəhayət illik olaraq, 5 milyon ton neftin tranziti haqda qərar çıxarıldı. Hal hazırda Azərbaycan R. Bu boru kəməri vasitəsi ilə 2 milyon ton nefti tranzit edir. Elə bu da Rusiyanın narahatçılığına və müqaviləni ləğv etməsinə səbəb olub.
Vəfa Quluzadə sonra deyib: “ Rusiyanın müqaviləni birtərəfli olaraq ləğv etməsi Rəsmi Bakı üçün faydalıdır, çünki bizim özümüzün neft boru kəmərimiz vardır və Rusiyaya tranzit pulu vermək lazım deyil, biz öz neftimizi Bakı-Ceyhan boru kəməri vasitəsi ilə tranzit edirik.
Azərbaycan R-nın keçmiş prezidentinin siyasi müşaviri olmuş V.Quluzadə sonra deyib: “ Bu mövzunun arxasında siyasi qərəzlər də dayanır . Rusiya Rəsmi Bakının Rusiyanın Avro-Asiya layihələrində iştirak etməsini gözləyir, Amma Azərbaycan R. Bu mövzu ilə maraqlanmır.
Vəfa Quluzadə vəhhabi və təkfiri qruplaşmalar tərəfindən Azərbaycan R. Vətəndaşlarının Suriya dövləti və xalqına qarşı terrorçu hərəkətlər həyata keçirmək üçün Suriyaya göndərilmələri haqda deyib: Sovet dövrünün əksinə olaraq, hazırda Azərbaycan R-nın sərhədləri açıqdır və bu ölkə vətəndaşları hər yerə səfər edə bilərlər, Rəsmi Bakı rəsmən Suriyaya heç bir qüvvə göndərməyib, buna görə də bu barədə heç bir məsuliyyətə malik deyildir.
Qeyd etmək lazımdır ki, Rusiyanın baş naziri Dmitri Medvedyev son zamanlar Bakı-Novorosisk boru kəməri vasitəsi ilə Azərbaycan R. Neftinin tranziti üzrə müqaviləni ləğv etdi. Bu müqavilə 1996-cı il yanvarın 18-də Rusiya ilə Azərbaycan R. Arasında imzalanmışdır.
Bu boru kəmərinin uzunluğu 1147 kilometrdir ki, bu boru kəmərinin 231 kilometri Azərbaycan R. ərazisindən keçir.
Rusiyanın Transneft şirkətinin nümayəndəsi bu müqavilənin ləğv edilməsi haqda deyib: “ azəri tərəfinin ötən 5 ildə iki ölkə arasında imzalanmış müqaviləyə əməl etməməsinə eləcə də Rusiya ərazisi vasitəsi ilə neft ixracatını həddindən artıq dayandırmasına görə Rəsmi Moskva bu müqaviləni ləğv etdi.