İran prezidentindən qaz ixracatçılarına 4 təklif

İran İslam Respublikası prezidenti enerji daşıyıcıları xüsusilə də mavi yanacaq üçün taariflərin təyin edilməsində ədalətli davranmağın bərabərsizlikləri aradan qaldıracağına və istismarçı dövlətlərin enerji bazarından sui-istifadə etmələrinə son qoyacağına inandığını bildirərək, deyib: Qaz İxrac Edən Ölkələr Assambleyasının təşkil edilməsi enerji mənbələri və enerji bazarının ədalətli idarə olunması istiqamətində atılmış dəyərli təşəbbüsdür.

İRİB-nin məlumatına görə, İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bazar günü Moskvada qaz ixrac edən ölkələr assmbleyasının ikinci sammitində inhisarçılığın daim ayrı-seçkiliyə, yoxsulluğa və səbatsızlığa yol açdığını deyərək, vurğulayıb: Təəssüflər olsun ki, inhisarçılar dünyanın enerji mənbələrinə nəzarəti öz əllərinə almaqla, enerji daşıyıcılarının qiymətini öz xeyirlərinə təyin etmək və eyni zamanda öz məhsullarını istədikləri qiymətə dünya bazarına təqdim etmək istəyirlər.

İran prezidenti əməkdaşlıq yolu ildə dünyanı və onun idarə olunmasını xüsusilə iqtisadiyyatı inhisarçılıqdan xilas edərək, ümumi və ədalətli iştiraka və əməkdaşlığa zəmin yaradılmasını zəruri məqamlardan adlandırıb və deyib: Karbohidrogen ehtiyatlarının xüsusilə də qazın böyük bir hissəsi bizim xalqlarımıza məxsusdur. Biz kollektiv və məqsədyönlü bir əməkdaşlıq çərçivəsində öz xalqlarımızın hüquqlarını qoruya bilərik. Enerji alıcılarının onun həqiqi sahiblərindən daha artıq xeyir götürməsi doğru deyil və biz ədalət və haqqımızdan artıq bir şey istəmirik.

Əhmədinejad çıxışının davamında İranın Qaz İxrac Edən Ölkələr Assambleyasına 4 təklifini açıqlayıb:

1 – Müxtəlif növ qazlar üçün qiymət taariflərinin təyin edilməsi məqsədilə müştərək bir mexanizmin hazırlanması və təsdiq edilməsi;

2 – Üzv ölkələrin qaz istehsalı və emalında bir-biriləri ilə əməkdaşlıq etmələri, elmi və texniki təcrübələrini mübadilə etmələri və müştərək və konstruktiv əməkdaşlıq zəmini yaratmaları;

3 – Üzv ölkələr arasında qaz sektorunun inkişafı üçün qarşılıqlı sərmayələrin qoyulması və əməkdaşlıqların genişləndirilməsi;

4 – Karbohidrogen ehtiyatlarına malik olmayan yoxsul və zəif ölkələr üçün münasib fürsətlərin yaradılması məqsədilə lazımi mexanizm və infrastrukturların yaradılması.

↑
Mobil sürümden çık