AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriyada terrorçular Allah övliyalarının məqbərəsini dağıdıblar

Terrorçular Suriyanın paytaxtı- Dəməşqin Cubər məhəlləsində Allah övliyalarının məqbərəsini söküblər.

Sosial şəbəkələrin istifadəçiləri çərşənbə günü bir video-klip yayıblar ki, terrorçuların Dəməşqin Cubər məhəlləsində yerləşən Əzəm məscidində Allah övliyalarının məqbərəsini sökdüklərini göstərir.
Bu klip göstərir ki, terrorçular öncə qəbirləri sökür, sonra da onlarda dəfn olunmuş cəsədləri məsciddən uzaq bir məntəqəyə köçürüb, dəfn edirlər.
Deyilənlərə görə, Əzəm məscidində mövcud olan qəbirlər uzaq keçmişdə bu məsciddə dəfn olunmuş bir sıra övliyaya aiddir.
Həmçinin Dəməşqdəki yerli mənbələrin bildirdiklərinə əsasən, Əzəm adı olan hər bir məsciddə Kərbəla hadisəsindən sonra Əhli-Beyt(ə) ilə yanaşı və onun səhabəsi olmuş şəxsiyyətlər dəfn olunurlar.
Allah övliyalarına qarşı bu hörmətsizliklər elə bir halda baş verir ki, təkfirçilər son zamanlar Əyyub Peyğəmbər(ə)-ın həyat yoldaşının məqbərəsi və Suriyanın şimal-qərbində yerləşən Ədləb vilayətindəki bir ədəd məscidi dağıdıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu