İran prezidentinin nüvə tərksilahı üzrə 3 təklifi BMT Baş Assambleyasında təsdiq edildi

BMT Baş Assambleyası ,İran İslam Respublikası prezidentinin Baş Assambleyasının Ali İclasında ,Qoşulmayanlar Hərəkatına üzv 120 ölkə adından nüvə tərksilahı üzrə irəli sürdüyü 3 təklifi tam qətiyyətlə təsdiq edib.

BMT Baş Assambleyasının Ali İclası Nyu-York vaxtı ilə cümə axşamı günü BMT-nin baş qərargahında keçirilib.
BMT Baş Assambleyasının Beynəlxalq Tərksilah və Təhlükəsizlik Komitəsi ötən ay Qoşulmayanlar Hərəkatı tərəfindən İran İslam Respublikası prezidenti Həsən Ruhaninin nüvə tərksilahı üzrə 3 təklifi əsasında hazırlanmış qətnamənin ilkin mətnini 129 lehinə, 28 əleyhinə və 19 bitərəf səs ilə təsdiq etmişdi.
Ruhani 26 sentyabr 2013-cü il tarixində BMT Baş Assambleyasının 68-ci illik iclasında Qoşulmayanlar Hərəkatı adından nüvə tərksilahı barədə 3 təklif irəli sürmüşdü ki, iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdı.
Nüvə silahlarının istehsalı, əldə edilməsi, anbar edilməsi, yayılması və istifadəsini önləmək və mövcud nüvə silahlarının kamil formada məhvinə nail olmaq üçün beynəlxalq bir konvensiyaya nail olmaq üçün dərhal müzakirələrə start verilməsi, 2018-ci ildə nüvə tərksilahı barədə yüksək səviyyəli beynəlxalq bir konfransın keçirilməsi və hər ilin 26 sentyabrının nüvə silahlarının məhvi üzrə beynəlxalq gün kimi qeyd olunması İran İslam Respublikası prezidentinin BMT Baş Assambleyasında nüvə tərksilahı üzrə irəli sürdüyü 3 təklif idi.
↑
Mobil sürümden çık