AsyaİranÜMUMİXƏBƏRLƏR

İran: Qərbin Tehranla problemi İran xalqının istiqlaliyyəti istəməsidir

İranın xarici işlər naziri qərbin İran İslam Respublikası ilə problemi və düşmənçiliyinin səbəbini İran xalqının istiqlaliyyətsevərliyi adlandırıb.

İran Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat baş idarəsinin məlumatına görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi Tacikistanda yaşayan iranlılarla bu ölkə paytaxtı Düşənbədə görüşdə deyib: Qərb ölkələrinin İranla problemi və İran xalqına qarşı tətbiq olunan sanksiyaların əsas səbəbi İran xalqının istiqlaliyyətsevərliyi və beynəlxalq qüdrətlərdən istənilən asılılığı kəsmək üçün göstərdiyi səydir.

Salehi həmçinin dini ilahi və inkişaf yolunda cəmiyyətin hərəkət amili adlandırıb və əlavə edib: İran müqavimətli xalqa malik olaraq dünyada dinin canlandırılmasının bayraqdarına çevrilmişdir.

“Bütün problemlərə baxmayaraq İranın gələcəyi aydındır. Çünki müqəddəs və parlaq amallara çatmaq istiqamətində hərəkət edir” –deyə İranın xarici işlər naziri bildirib.

İranın sülhməramlı nüvə fəaliyyətləri istiqamətində qərbin maneçiliklərinə toxunan Salehi söyləyib: Sanksiyalara baxmayaraq, İran xalqı müqavimətlə bütün çətinliklərə qalib gəlib və qüdrətlə bu yolu davam etdirir.

İranın xarici işlər naziri həmçinin İran və Tacikistan münasibətlərinin səviyyəsini yaxşı və inkişafa doğru adlandırıb.

İranın xarici işlər naziri Asiya Əməkdaşlıq Dialoqu Assambleyasına üzv ölkələrin xarici işlər nazirləri və yüksək səviyyəli rəsmilərinin 11-ci iclasında iştirak etmək üçün cümə axşamı günü Tacikistan paytaxtı Düşənbəyə daxil olub.

“Asiyada rifah, inkişaf və stabilliyə davamlı inkişaf yolu ilə nail olmaq” şüarı altında Asiya Əməkdaşlıq Dialoqu Assambelyasının xarici işlər nazirlərinin 11-ci iclası bu gün cümə günü Düşənbə şəhərində 12 xarici işlər naziri və 9 xarici işlər naziri müavinin iştirakı ilə keçiriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu