Misirdə hərbi çevriliş ilə hakimiyyətdən kənarlaşdırılan prezident Məhəmməd Mursinin tərəfdarları ilə müvəqqəti hökumət və ordu qüvvələri arasında gedən toqquşmaların davamında daha 2 nəfər həlak olub, onlarla nəfər yaralanıb.
Cümə günü Misirin İsgəndəriyyə şəhərində çevrilişi himayə edənlərlə İxanül-Müslimin hərəkatının tərəfdarları arasında toqquşma baş verib.
Paytaxt Qahirədə isə bir tərəfdə İxvanül-Müsliminin tərəfdarlarının etiraz aksiyası keçirdiyi bir halda, şəhərin digər tərəfində də ordu və müvəqqəti hökumətin tərəfdarları çevrilişə və müvəqqəti hökumətə dəstək aksiyasında iştirak ediblər.
Məhəmməd Mursini himayə aksiyasını “Qanuniliyi Himayə” Milli Koalisiyası təşkil edib.