İranXƏBƏRLƏR

İran qeyri-neft iqtisadiyyatında irəliləyir

İranın Ticarətin İnkişafı Təşkilatının sədr müavini bildirib: Qeyri-neft ixracatının artması ilə hazırkı dövrdə ehtiyac duyulan valyutanın 80% qeyri-neft ixracatı vasitəsi ilə təmin olunur.

Kiyumərs Fətullah Kirmanşahi İRNA ilə müsahibədə söyləyib: Statistikalara görə, 80%-ə yaxın valyuta məhsulların ölkəyə idxalı üçün İranın qeyri-neft ixracı vasitəsi ilə təmin olunur.

 

“Sanksiyadan yaranan müqavimət iqtisadiyyatı İranın qarşısındadır. Eyni zamanda birbaşa güzəştlərin götürülməsinin 1-ci mərhələsinin təsirləri və beynəlxalq böhranla üzləşmişik. Lakin bu ildə xarici ticarət sektoru idxalata nəzarət və ixracatın artırılmasına doğru yönəldildi” –deyə Kirmanşahi bildirib.

İranın xarici ticarətinin dəyərinin ötən 11 ayda 86 milyard dollar olduğunu deyən Kirmanşahi bildirib: Bu dəyərin 37,7 milyard dolları ixracatın payı və 48,3 milyard dollar isə idxalatın payına düşür.

 

Kirmanşahi vəd edib ki, İranın qeyri-neft idxalı və ixracı gələn 3 il ərzində bərabər olacaqdır.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı