AsyaDünyaİranXƏBƏRLƏR

İran qonşu ölkələr üçün etimadlı bir ölkədir

İran xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini deyib: İran qonşu ölkələrin hamısı üçün etimadlı bir şərik sayılır.

Hüseyn Əmir Abdullahiyan bir müsahibədə İranın xarici işlər nazirinin Ərəb Əmirliklərinə olan son səfərinə və bu səfər çərçivəsində o ölkə rəsmiləri ilə görüşünə xüsusilə iki ölkənin müştərək iqtisadi komissiyasında iştirakına işarə edərək deyib: Baş tutan görüşlər o cümlədən İran xarici işlər nazirinin ərəb əmirlikləri ilə razılığa gəlmələri konstruktiv və məhsuldar olmuşdur.
Nazir müavin habelə müsahibəsinin davamında Fars Körfəzinin ətrafında yerləşən ölkələrlə Tehranın hərtərəfli əməkdaşlığına və belə bir əməkdaşlıqları müsbət qarşılamasına işarə edərək deyib: Heç şübhəsiz ki, İran və Ərəb Əmirliklərinin müştərək komissiyasının iclasında imzalanan razılaşmalar iki ölkənin yüksək münasibətlərini strateji forma salacaq.
Sözü gedən ikinci müştərək komissiya iclası aprelin 15-də Ərəb Əmirlikləri və İranın xarici işlər nazirlərinin eləcə də dövlət və qeyri dövlət bölmələrinin iştirakı ilə təşkil edilmişdir.
Bu müştərək komissiya iclasında qərara alınıb ki , hər 6 aydan bir İran və ƏƏ xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi komitə Tehran və Əbudəbidə keçirilsin.
Bu komissiya iclasının sonunda Məhəmmədcavad Zərif və Ali Nəhyan arasında 8 razılaşma sənədi imzalanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu