DünyaXƏBƏRLƏR

Amerikada tornado nəticəsində 91 nəfər həyatını itirdi

ABŞ-ın xəstəxana mənbələri Oklahomada çıxan tornado nəticəsində 91 nəfərin ölməsi və onlarla nəfərin yaralanması və ya dağıntılar altında qalmasından xəbər veriblər.

Xəstəxana mənbələri yaralılardan 200 nəfərinin müalicə olunaraq evə buraxıldığını bildiriblər. Həmçinin bəzi yaralıların vəziyyətinin ağır olması tornado qurbanlarının sayının artmasına səbəb ola bilər.

Xilasetmə dəstələri hələ də dağıntılar altında qalanları nicat verməyə çalışırlar.

Bu tornado sürəti saatda 320 kilometrə çatan küləklər ilə yanaşı olduğu üçün Oklahoma şəhərini demək olar ki, xaraba qoyub.

ABŞ-ın mərkəzi məntəqələrində güclü küləklərin əsməsi və tornado təhlükəsi davam edir. Güclü külək nəticəsində minlərlə evə verilən elektrik xətlərində ciddi nasazlıqlar yaranıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu