İran qonşu ölkələrin təbii qaz tələblərini araşdırır

İran prezidenti Ruhani verdiyi reportajda “Rusiya, Avropaya etdiyi qaz ixracatını azaldar və ya dayandırsa İran bunu dərhal kompensasiya edə bilməz” dedi.

İran prezidenti Həsən Ruhani verdiyi reportajda, Rusiyanın Avropaya etdiyi qaz ixracatını azaltma və ya dayandırma qərarı alması halında İranın Avropanın qaz ehtiyacını qısa müddətdə təmin edə bilməyəcəyini ifadə etdi.

Prezident Ruhani ayrıca Rusiyanın öz bildiyi bir səbəblə Avropaya etdiyi qaz ixracatını azaltma və ya tamamilə dayandırma qərarı alma ehtimalı olduğunu söylədi.

Ruhani daha sonra, İranın Rusiyayla ortaq layihələrdə etməyə hazır olduğunu ifadə edərək “İran hələ də öz daxili ehtiyaclarını aradan qaldırmaqda və eyni zamanda qonşu ölkələrin də qaz tələblərini araşdırır” şəklində danışdı.

↑
Exit mobile version