Bakıda separatçı dairələrin anti-İran konfransının ardınca, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bu məsələnin cəhətlərini açıqlayaraq ABŞ-ın bu iclasın keçirilməsində pərdə arxası rolundan xəbər verib.
İran və Azərbaycan Respublikasının dostu olmayan dairələrin bəzi dövrlərdə hiss, sevgi və tarixi sahələrdən sui-istifadə edərək iki ölkə münasibətlərini gərginləşdirməyə çalışdıqlarına toxunan Möhsün Pakayin əlavə edib: Onlar adətən xülyaya qapılaraq separatçı mövqelərini irəli sürürlər ki, heç vaxt reallaşmayacaq və yayınmış düşüncələrdən qaynaqlanmışdır.
Bu dairələrin Azərbaycan xalqı arasında yerinin olmadığını qeyd edən səfir söyləyib: Dəfələrlə Azərbaycan Respublikası rəsmiləri görüşlərdə bu dairələrin fəaliyyətlərindən narazılıqlarını bildiriblər və zaman kəsiyində də onların İran İslam Respublikası səfirliyi qarşısında toplantısına mane olublar.
Azərbaycan Respublikasındakı əksər separatçı dairələri Amerikadan asılı adlandıran İran səfiri deyib: Onlar ABŞ Konqresində Kaliforniyanın nümayəndəsi Ruhra Baherin proqramları çərçivəsində fəaliyyət göstərirlər. Respublikaçılar partiyasının və sionizm lobbisinin üzvü Ruhra Baher ifratçı mühafizəkarlardandır ki, planlaşdırılmış proqramla ötən il panazəri separatçılarının sıralarına qatılıb və əslində bu cərəyanı Amerikanın maliyyə dəstəyi ilə istiqamətləndirməyi öz üzərinə götürüb.
Birləşmiş Ştatların əsas məqsədlərindən birini İranın qonşu ölkələrlə münasibətlərini məhv etmək adlandıran Pakayin söyləyib: Bununla əlaqədar Azərbaycan Respublikasında separatçı dairələr İran İnqilabına qarşı şəxslərin iştirakı və Tehran-Bakı münasibətlərində problem yaratmaq məqsədilə Bakıda panazəri dairələrin son iclasını keçirdilər.
“Əlbəttə biz məqsədləri tam bəlli olan bu iclasın keçirilməsinə Azərbaycan hökumətinin icazə verməyəcəyini gözləyirdik. Təbiidir ki, İran İslam Respublikası rəsmiləri bu iclasa ciddi reaksiya verdilər. Biz dərhal Bakıda bu hərəkəti pislədik və növbəti gün İran İslam Respublikasının etiraz notası xarici işlər nazirinin müavini tərəfindən Azərbaycan səfirinə təqdim olundu. Həmin gün də Bakıda oxşar nota səfirlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təqdim olundu.
Misilsiz tarixi, mədəni və dini ortaqlıqların mövcud olduğunu nəzərə alaraq Azərbaycan Respublikası və İran İslam Respublikasının münasibətlərinin hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyini bildirən Möhsün Pakayin əlavə edib: Amma təəssüflər ki, bəzi dövrlərdə bu münasibətlər problemlərlə üzləşir. Çoxlu ortaqlıqların mövcud olduğu nəzərə alaraq təbii ki, bu münasibətlərin məsuliyyətli şəkildə qorunması gözlənilir.
“Bu iclasdan sonra iki ölkə münasibətlərinə kölgə salan mənfi atmosferə baxmayaraq, qənaətimcə, iki ölkə rəsmiləri məntiqlə bu vəziyyəti idarə edəcək və icazə verməyəcəklər ki, üçüncü ölkələr və halı məlum ünsürlər bundan artıq iki ölkə münasibətlərinə zərbə vursunlar. Bu arada tam şəkildə təsirə malik qurum olaraq medialar və qeyri-rəsmi dairələr də xüsusi rolu oynaya bilərlər” –deyə İranın Azərbaycan Respublikasındakı səfiri bildirib.
Pakayin qeyd edib: Son aylarda iki ölkə münasibətlərində yaxşı inkişafların şahidi idik. ABŞ və İsrail rejimi ilə əlaqəli dairələr sionist rejimin Azərbaycanla hərbi əməkdaşlıqları və yaxud NATO-nun Azərbaycan torpağından İrana qarşı istifadə etməsi ilə əlaqədar xəbərləri yaymaqla iki ölkə arasında ixtilaf yaratmağa çalışırdılar. Xoşbəxtlikdən Azərbaycan Respublikası rəsmiləri dərhal bu xəbərləri təkzib etdilər və Azərbaycan hökumətinin İranla müsbət və stabilli münasibətlərə əhəmiyyət verdiyini göstərdilər.
İki ölkənin diplomatik rəsmilərinin önəmli vəzifəsini iki xalq arasında ixtilaf yaratmağa cəhd göstərən amillərin tanınması və onların məkrli planlarının zərərsizləşdirilməsi adlandıran İran səfiri deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri şübhəsiz stratejidir və uzaqgörənlik və təmkinliklə hazırkı vəziyyət idarə olunmalı və ikitərəfli münasibətlərə qarşı olan qüvvələrə öz məqsədlərinə çatmaq icazəsi verilməməlidir.
İranın Bakıdakı səfiri Möhsün Pakayin sonda ümidvarlıq edib ki, iki xalqın ortaqlıqları və iki ölkə rəsmilərinin iradəsini nəzərə alaraq hazırkı atmosferə rəğmən gələcəkdə münasibətlərdəki eniş-yoxuşlar o həddə azalacaq ki, gələcəyə nikbin olacağıq.