İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin İranın təşəbbüsü ilə mayın 29-da Tehranda Suriyanın Dostları iclasının keçiriləcəyinə işarə edərək, deyib: Bu iclas daha öncə Suriya böhranı ilə əlaqədar Tehranda keçirilən 2 uğurlu iclasın davamı sayılır və Suriya xalqının həqiqi dostu olan ölkələr arasında Suriya böhranının həlli istiqamətində ahəngdarlığın yaradılmasına xidmət edir.
Səfir Trend xəbər agentliyi ilə müsahibədə əlavə edib: İran İslam Respublikasının Suriya böhranının həllindəki rolu siyasi həll yoluna əsaslanır.
Mayın 29-da Tehranda 40-a yaxın ölkənin nümayəndəsinin iştirakı ilə Suriyanın Dostları iclası keçirilməlidir.
Həmçinin, bu iclasda regional və beynəlxalq qurum və təşkilatların nü