İranXƏBƏRLƏR

İran seçki namizədləri öz platformalarını açıqlayırlar

İranda 11-ci dövr prezident seçkilərinin namizədi Möhsün Rzayi regional gərginlik və qarşıdurmalara son qoymaq üçün ciddi səyi öz ehtimal olunan hökumətinin xarici siyasətinin prioritetlərindən adlandırıb.

İran prezidentliyinə namizəd Möhsün Rzayi bu gün İranın cənubunda yerləşən Bəndər Abbas əhalisi qarşısında etdiyi çıxışında regional sahədəki siyasətlərini açıqlayaraq deyib ki, öz ehtimal olunan hökumətində regional gərginlik və qarşıdurmalara son qoymaq üçün bütün imkan və potensiallardan istifadə edəcək.

rezayi

İran prezident seçkilərinin namizədi həmçinin İran xalqının problemlərinin aradan qaldırılması üçün ilk şərtin iqtisadiyyat sektorunun idarəçiliyinin İran xalqının bacarıqlı əllərinə tapşırmaq olduğunu bildirib.

İran prezidentliyinə digər namizəd Qulaməli Həddad Adil bazar ertəsi gecə İranın Beynəlxalq Cam Cəm telekanalında ölkədən kənarda yaşayan iranlıların suallarını cavablandırıb və deyib: Yerinə yetirilməsi mümkün olmayan şüar verilməməlidir.

haddad

Ölkədən kənarda yaşayan iranlıların İran xalqının bir hissəsi olduğunu bəyan edən Həddad Adil bildirib: İranlı olmaq coğrafi sərhədlər daxilində yaşamaq mənasında deyil, iranlı olmaq min kilometrlərlə uzaqdan da vətəni üçün ürəyi vurmaq deməkdir.

İran prezidentliyinə namizəd onun ehtimal olunan gələcək hökumətinin əsas vəzifəsinin iqtisadi məsələlərin yaxşılaşdırılması olduğunu bəyan edərək deyib: İran iqtisadiyyatı onlarla il öncədən xəstə olmuşdur. Çünki İran elmi cəhətdən zəif və xaricilərə ehtiyaclı olmuşdur. Lakin İran İslam İnqilabının qələbəsindən sonrakı illərdə bu məsələ yaxşılaşıb.

İranda 11-ci dövr prezident seçkilərinin digər namizədi Əli Əkbər Vilayəti İran xalqının iqtisadi və məişət problemlərinin həllini öz ehtimal olunan hökumətinin əsas proqramı adlandırıb.

velayeti

Əli Əkbər Vilayəti bazar ertəsi gecə İran İslam Respublikasının 1-ci televiziyasında seçki ilə bağlı proqramda İran iqtisadiyyatının dirçəlişini İranın xarici münasibətlərinin yaxşılaşdırılması və gücləndirilməsi ilə şərtləndirib və deyib: Dünya ölkələri ilə münasibətlərin gücləndirilməsi və İranın daxili iqtisadiyyat məsələsinin bir-biri ilə sıx əlaqəsi vardır.

İranın dünyanın müxtəlif ölkələri ilə əlaqələrinin gücləndirilməsini vurğulayan Vilayəti bildirib: Seçkidə qələbə çaldığı halda gələn hökumətdə düzgün diplomatiya ilə İran iqtisadiyyatının problemlərini aradan qaldıracaq və İranın sərmayələrini ölkəyə geri qaytaracaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu