11-ci prezident seçkiləri barədə aparılmış son mötəbər rəy sorğusuna əsasən, xalqın 70 %-i bildirib ki, seçkilərdə qəti iştirak edəcək.
İranda mötəbər rəy sorğusu mərkəzlərindən biri mayın 18-də 11-ci prezident seçkiləri ilə bağlı apardığı sorğunun nəticələrini yayıb.
Bu rəy sorğusu mərkəzi öz sorğusunu ölkənin ostan mərkəzi olan 31 şəhrestan, digər 70 şəhrestan və 140 kənddə 164 min nəfərdən alıb.
Aparılmış sorğuya əsasən, respondentlərin təqribən 69,6 %-i bildiribi ki, qarşıdakı seçkilərdə iştirak barədə qərara gəlib və 13,7 % də seçkilərdə iştirak etməmək qərarına gəlib. Həmçinin respondentlərin 26,7 %-i bildirib ki, hələ seçkilərdə iştirak haqda qəti qərara gəlməyibdir.