İran tibb sahəsində elmin istehsalı baxımından dünyanın 20 üstün ölkəsi arasına yer alıb

İran dünyanın 238 ölkəsi arasında tibb sahəsində elmin istehsalı baxımından 18 pillədə qərar tutub.

Tehranda çıxan İran İslam Respublikası qəzetinin yazdığına görə İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Seyid Əmir Möhsün Ziyayi etibarlı beynəlxalq elmi bazalara istinadla deyib: İran tibb elmi sahəsində elmin istehsalı baxımından dünyanın 238 ölkəsi arasına 18-ci pillədə durub.
Ziyayi həmçinin, stomatologiya sahəsində İranın elmin istehsalı baxımından beynəlxalq reytinqin cədvəlində 17-ci pillədə durduğuna işarə edərək, ötən 5 ildə İranda tibb sahəsində təhsil alan tələbələrin sayının 41%-lik artıma malik olduğunu bildirib.
İranın səhiyyə nazirinin müavini əlavə edib: İran hazırda tibb sahəsində o qədər inkişaf edib ki, öz ehtiyaclarını təmin etməklə yanaşı ixtisaslaşdırılmış kadrların yetişdirilməsi üçün əlavə potensiallara malikdir və qonşu ölkələrdən təhsil almaq üçün ölkəmizə müraciət edənlərə bu sahədə lazımi xidmətləri göstərə bilərik.

↑
Mobil sürümden çık